Peskovdan ABŞ-də keçiriləcək prezident seçkilərinə REAKSİYA: "Heç vaxt..."

Peskovdan ABŞ-də keçiriləcək prezident seçkilərinə REAKSİYA: "Heç vaxt..."

“Rusiya ABŞ-dəki seçki proseslərini bu ölkənin daxili işi hesab edir və seçki debatlarına heç bir qiymət verməyəcək”.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Bu, ABŞ-nin daxili işidir, bu, ABŞ-nin seçki kampaniyasıdır. Bizim bu müzakirələrə heç bir qiymət vermək fikrimiz yoxdur. Biz heç vaxt seçki kampaniyalarına müdaxilə etməmişik. İndi də bunu etmək niyyətində deyilik”, - Peskov vurğulayıb.

 

Kremlin sözçüsü qeyd edib ki, ABŞ-nin özündə də dəfələrlə araşdırmalar aparılıb, çoxları orada Rusiyanı ittiham edib. Bununla belə, Vaşinqton özlüyündə heç bir müdaxilənin baş vermədiyi qənaətinə gəlib.

 

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq. Tramp artıq Respublikaçılar Partiyasından namizəd kimi irəli sürülmək üçün kifayət qədər nümayəndə səsini toplayıb. Bu arada, Demokratlar Partiyasının bəzi nümayəndələri Co Baydenin daha əvvəl keçirilən debatlar zamanı uğursuzluğa düçar olması səbəbindən onun başqa namizədlə əvəzlənməsi variantını müzakirə etməyə başlayıblar.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR