ABŞ Rusiya və İrana sərt sanksiyalar tətbiq edə bilmir - SƏBƏB AÇIQLANDI

ABŞ Rusiya və İrana sərt sanksiyalar tətbiq edə bilmir - SƏBƏB AÇIQLANDI

 

ABŞ neft qiymətlərinin yüksəlməməsi üçün Rusiya, İran və Venesuelaya qarşı sərt tədbirlərdən çəkinir.

 

Sfera.az xəbər very ki, belə bir iddia ilə “Wall Street Journal” nəşri ABŞ administrasiyasındakı mənbələrə istinadən çıxış edib. Nəşr yazır ki, ABŞ-nin Prezident Administrasiyası prezident seçkiləri öncəsi neftin qiymətində sabitliyi saxlamaq üçün Rusiya, İran və Venesuelaya qarşı sərt tədbirlərdən çəkinir:

 

“Buna görə də ABŞ neft istehsalçılarına qarşı gözləniləndən daha yumşaq sanksiyalar tətbiq edir. Bu həftənin əvvəlində ABŞ-nin İrana qarşı yeni sanksiyalarını elan etməsi də bunu göstərir. Tətbiq edilən tədbirlər İran neftinin ixracının yalnız bir hissəsinə təsir edəcək və dünya bazarlarında qiymətlərə təsir göstərə bilməyəcək. Bundan əlavə, Rusiyaya qarşı iyun sanksiyaları ilk növbədə bank sektoruna yönəldilib və neft sənayesinə demək olar ki, təsir göstərməyib. Başqa bir misal Vaşinqtonun Kiyevdən Rusiyanın yanacaq obyektlərinə hücum etməməyi tələb etməsidir" - administrasiya rəsmisi bildirib.

 

Morrison Foerster-in tərəfdaşı və ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) keçmiş rəhbəri Con Smit, ABŞ və müttəfiqlərinin sanksiyalarla bağlı "həddindən artıq uzağa getməmək və Qərb iqtisadiyyatlarını sarsıtmamaq üçün çox ehtiyatlıdır".

 

Vasif


OXŞAR XƏBƏRLƏR