Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır
Hadisə
19:45 / 28.09.2024
5145
Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.
Sfera.az xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.
2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.
Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.
Hadisənin səbəbi araşdırılır. (Report)