Azərbaycan nümayəndəsi VI Avropa Olimpiya Akademiyasının Konqresində iştirak etdi
Milli Olimpiya Akademiyasının vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov sentyabrın 24-28-də Afina şəhərində keçirilən VI Avropa Olimpiya Akademiyasının Konqresində Azərbaycanı təmsil edib.
Bu barədə Sfera.az-a Milli Olimpiya Komitəsindən məlumat verilib.
AOK-un prezidenti Spiros Kapralosun, Yunanıstan Olimpiya Akademiyasının vitse-prezidenti İlias Dalanias, Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos və Avropa Olimpiya Akademiyasının prezidenti Manfred Laemmerin də iştirak etdiyi konqresində Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarından sonra Olimpiya Hərəkatının prespektiv imkanları müzakirə olunub.
Daha sonra “Olimpiya proqramı ənənə və dəyişikliklər bir hissəsi kimi”, “mövcud vəziyyət və perspektivlər”, “Paris-2024-ün irsi və dünyaya mesajı“, “Milli Olimpiya Akademiyası ilə universitetlərin birgə əməkdaşlığı” mövzusunda çıxışlar olub.