Bolqarıstanda güclü partlayış
Dünya
12:42 / 10.12.2016
1232
Bolqarıstanda 26 sistern propan-butan daşıyan yük qatarı relsdən çıxaraq aşıb.
Sfera.az xəbər verir ki, hadisə Xitrino yaşayış məntəqəsində baş verib. Yük dolu 26 vaqonun relslərdən çıxması nəticəsində güclü partlayış baş verib.
İlkin məlumatlara görə, partlayış nəticəsində 4 nəfər həlak olub, azı 20 nəfər yaralanıb. 12 nəfər dağıntıların altından çıxarılaraq xəstəxanaya aparılıb.
Güclü partlayış nəticəsində ətrafdakı tikililərdə də dağıntı olub.