47 yaşlı Şakira görünüşü ilə hər kəsi heyran edib - FOTOLAR

47 yaşlı Şakira görünüşü ilə hər kəsi heyran edib - FOTOLAR

47 yaşlı kolumbiyalı müğənni Şakira açıq-saçıq çimərlik geyimində “Rolling Stone” jurnalının üz qabığını bəzəyib. 

 

Sfera.az bildirir ki, məşhur ulduz yeni fotosessiyadan şəkilləri İnstaqramda paylaşıb.

 

İki uşaq anası görünüşü ilə hər kəsi heyran edib. O, qızılı aksanlarla bəzədilmiş dekolteli çimərlik paltarında poza verib. Şakira görünüşünə gün eynəyi əlavə edib və uzun sarı saçlarını açıq qoyub salıb.

 

Fotosessiyadan əlavə, ispaniyalı futbolçu Pikedən ayrıldıqdan sonra həyatından danışıb.


"Uzun müddətli münasibətdən ayrıldığın zaman, dönüb geriyə baxdıqda itirdiyiniz çox şeylər olduğunu görürsən".


Şakira qeyd edib ki, o, sevdiyi insan üçün çox şeydən imtina edib və münasibətləri bitdikdən sonra əlində heç nəyin qalmadığını hiss edib.

 

"…və sən sağalmalı, özünü tapmalı, özünə qayıtmalısan"-deyə o bildirib.

 

Münasibətləri zamanl Şakira Pike və övladlarını əsas prioritet etmiş və hətta “Barcelona”da oynadığı üçün Pikeyə görə İspaniyaya köçmüşdü.

 

2022-ci ildə Pikenin tələbə Klara Çia Marti ilə xəyanət etdiyi barədə şayiələr arasında cütlüyün ayrıldığı məlum oldu.

 

Bundan sonra Şakira oğulları ilə birlikdə Mayamiyə köçüb və Karibin ona çox rahatlıq gətirdiyini bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR