Sərnişinlər etiraz əlaməti olaraq təyyarədə kütləvi şəkildə soyunmağa başlayıblar - FOTOLAR

“Qatar Airways”ə məxsus təyyarədə qalmaqal yaşanıb. Sərnişinlər təyyarədə bir neçə saat kondisionersiz qalmağa etiraz əlaməti olaraq kütləvi şəkildə soyunmağa məcbur olublar. Onlar Yunanıstandan Yaxın Şərqə (Doha, Qətər) uçmalı idilər, lakin təyyarənin texniki nasazlığına görə gecikiblər.
Sfera.az bildirir ki, internetdə yayımlanan kadrlarda üzləri qırmızı olan insanların nəfəs almaqda çətinlik çəkdiyi və həddindən artıq tərlədiyini görmək olar. Bəziləri tərdən islanmış paltarlarını cırır, bəziləri isə əsəbi halda üzünün önündə yelpik yelləyir. Sərnişinlərin bəziləri havasızlıqdan az qala boğulacaq kimi olub.
Sonradan məlum olub ki, təyyarədə dünya çempionatında iştirak edən idmançılar olub. Döyüşçülərdən biri, Damian Collins hətta dözülməz istidən bədənindən damlayan tər damcılarını kameraya göstərib.
Nəhayət, təyyarədə olan hər kəsə Afina Beynəlxalq Hava Limanının terminalına qayıtmaq və aviaşirkət nümayəndələrinin göstərişlərini gözləmək təlimatı verilib.
Yeri gəlmişkən, həmin gün (iyunun 11-də) Afinada temperatur üzrə 38 dərəcə Selsiyə çatıb və o vaxtdan temperatur getdikcə yüksəlməyə davam edir. Bu, Yunanıstan Meteorologiya Xidmətini vətəndaşlara təhlükə ilə bağlı xəbərdarlıq etməyə vadar edib. Bir sıra məktəblər və turistik yerlər də müvəqqəti olaraq bağlanmalı olub.
İyunun 13-də ölkədə havanın temperaturunun 43 dərəcəyə çatacağı gözlənilir. Sinoptiklər izah edirlər ki, istilərə Şimali Afrikadan isti hava və toz gətirən cənub küləkləri səbəb olur. Vəziyyət Afina yaxınlığında qab-qacaq və yemək qabları istehsal edən fabrikdə baş verən partlayışdan sonra daha da pisləşib. İnsanlar çox zərurət olmadıqca çölə çıxmamağa çağırılıb.
Aynil
Sfera.az