ABŞ qoşunlarını bu ölkədən çıxarır

ABŞ qoşunlarını bu ölkədən çıxarır

Amerika Birləşmiş Ştatlar qoşunlarını Nigerdən çıxarmağa başlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Nigerin Quru Qoşunlarının qərargah rəisi, polkovnik Mamane Sani Kiau məlumat verib.

 

Onun sözlərinə görə, ABŞ-ın 269 hərbi qulluqçu və 946 ton hərbi texnikası ölkədən çıxarılıb.

 

Kontingent cari ilin sentyabrın 15-dək Nigerdən çıxmalıdır.

 

ABŞ və Niger hərbi idarələrinin birgə bəyanatında isə deyilir ki, Amerika Hərbi Hava Qüvvələrinə məxsus “C-17 Globemaster III” təyyarəsi 7 iyunda Niamey 101 aviabazasından yola düşüb.

 

Bundan başqa Amerika hərbçilərinin kiçik bir kontingenti 101 və 201-ci hava bazalarında qalan qüvvələrin və hərbi silah-sursatların effektiv şəkildə çıxarılmasını təmin etmək üçün maddi-texniki dəstək vermək üçün Nigerə gəlib.

 

Xatırladaq ki, mart ayında Niger ölkənin şimalında ABŞ-yə məxsus PUA bazasının yaradılmasını ehtiva edən hərbi müqaviləni ləğv edib. Niger müqavilənin zorla yerildildiyi və xalqın maraqlarına cavab vermədiyinə işarə edib. 2023-cü ilin sonunda Nigerdə ​​təxminən 1 100 ABŞ hərbi qulluqçusu olub, onların əksəriyyəti Aqades yaxınlığındakı hava qüvvələri bazasında olub.


OXŞAR XƏBƏRLƏR

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...