Ağır xəstə olan Selin Dion xəstəliyi haqqında danışdı

56 yaşlı kanadalı müğənni Selin Dion ağır xəstəliyinin əlamətlərini açıqlayıb. Ulduz mediaya müsahibə verib.
Sfera.az bildirir ki, 2022-ci ildə sənətçiyə əzələ sərtliyi sindromu diaqnozu qoyulub. Bundan sonra o, ictimai həyatdan təcrid olub, təqaüdə çıxıb. Sərt əzələ sindromu diaqnozu qoyulan məşhur qırtlaq, qarın, onurğa və qabırğalarda spazmlar yaşayır. Sancılar o qədər güclü olur ki, bir dəfə hətta sənətçinin qabırğaları da sınıb.
Selin Dion deyib ki, bəzən özünü kimsə onu boğurmuş kimi hiss edir.
"Belə spazm qarın boşluğunda, onurğa və qabırğa nahiyəsində də özünü göstərə bilər. Məsələn, mən ayaqlarımı əyəndə həmin vəziyyətdə qalırlar və ya yemək bişirəndə barmaqlarım, əllərim tutur. Bir gün çox kəskin spazm səbəbiylə qabırğalarım sındı"-deyə müğənni bildirib.
Qeyd edək ki, əzələ sərtliyi sindromu bədənin öz sinir hüceyrələrinə hücum etməsinə səbəb olur və xəstənin hərəkətliliyinə ciddi təsir göstərir. Bu xəstəlik milyonda bir insana təsir edir.
"Bu otoimmün xəstəliklə mübarizə mənim üçün ən çətin problemlərdən biridir, lakin mən birtəhər səhnəyə qayıtmaq və mümkün qədər normal bir həyat sürmək əzmindəyəm"-deyə məşhur daha əvvəlki müsahibələrində səhnəyə qayıtmaq istədiyi haqqında danışmışdı.
Aysel
Sfera.az