BMT baş katibi Ukrayna ilə bağlı sammitdən imtina etdi

BMT-nin baş katibi Antonio Quterreş iyunda İsveçrədə keçiriləcək Ukrayna sammitində iştirak etməyəcək.
Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikə istinadən məlumat yayıb.
O, Quterreşin sammitdə iştirakı ilə bağlı suala cavab olaraq "O getməyəcək" deyib.
Düjarrikin sözlərinə görə, BMT bu tədbirdə müvafiq səviyyədə təmsil olunacaq.
Bundan əvvəl İsveçrə prezidenti Viola Amherd bildirib ki, Ukraynadakı münaqişənin həlli üzrə bu beynəlxalq konfransın nəticələrinə görə sülh sazişi imzalanmayacaq, çünki bunun baş verməsi üçün danışıqlar masasında Rusiya da iştirak etməlidir.
İyunun 15-dən 16-dək İsveçrənin Bürgenstok kurortunda Rusiyanın iştirakı olmadan Ukraynadakı münaqişənin həllinə dair sammit keçiriləcək. Toplantıya 160-dan çox ölkədən nümayəndə heyəti dəvət olunub. 100-dən çox ölkə iştirakını təsdiqləyib. Çin sammitdə iştirak etməyəcək, Rusiya dəvət edilməyib, ABŞ prezidenti Co Bayden isə tədbirdə iştirak edə bilməyəcək.
İnci
sfera.az