Cennifer Lopez və Ben Afflek villalarını satışa çıxarıblar - FOTO

Cennifer Lopez və 51 Ben Afflek evlərini satışa çıxarıblar.
Sfera.az bildirir ki, ulduzlar boşanma şayiələrini daha da artırıb. Onlar uzun axtarışlardan sonra aldıqları evi 60 milyon dollara satışa çıxarıblar.
Məşhur cütlüyün Beverli Hillsdəki malikanəsinin satışı ilə bağlı elan Zillow.com daşınmaz əmlak saytında görülüb. Ev elə JLo və Ben Afflekin aldığı qiymətə satışa çıxarılıb.
Villanın şəkilləri də sayta yüklənib. Malikanəyə təkcə əsas bina deyil, həm də qonaqlar və baxıcı üçün bitişik əlavə ev daxildir. Burada 15 maşınlıq qarajlar və 80 yerlik dayanacaq, həmçinin basketbol meydançası, idman zalı, boks ringi və barı, 150 dərəcə hovuzu olan açıq idman kompleksi var.
Qeyd edək ki, yayılan söz-söhbətlərə görə, 2022-ci ildə evlənən JLo və əri indi ciddi böhran yaşayırlar. Ben Afflek həyat yoldaşından ayrı yaşayır və üzüyü olmadan ictimaiyyət qarşısına çıxmağa başlayıb.
Ancaq cütlük boşanma ilə bağlı şaiyələri açıq şəkildə şərh etməkdən imtina edir.
Aysel
Sfera.az