Britni Spirs keçmiş nişanlısı ilə yenidən bir araya gəldi

Amerikalı müğənni Britni Spirs şəxsi həyatına ictimai maraq artırmağa davam edir. Sem Əsgəridən boşandıqdan sonra o, ilk kriminal keçmişi olan Paul Soliz adlı oğlanla münasibətə başlaməşdı. İndi isə o, keçmiş nişanlısı Ceysonla yenidən bir araya gəlib.
Sfera.az bildirir ki, Britni Spirs qardaşı ilə birlikdə Las-Veqasda yaşayan Ceyson Travikin yanına gedib.
Britni keçmiş nişanlısı Ceyson Travikin yanında diqqət çəkib. Cütlüyü Britninin qardaşı Brayan müşayiət edib.
Üçlük əyləncə mərkəzlərinin birində vaxt keçirib. Bununla belə, jurnalistlər Britni ilə Ceyson arasında heç bir romantik münasibətin olmadığını iddia edirlər.
Qeyd edək ki, Travik təxminən bir il Britniyə atası ilə birgə qəyyumluq etdi.
Travik vaxtilə müğənninin agenti olub. 2010-cu ilin may ayında görüşməyə başlayan cütlüyün, bundan sonra peşəkar münasibətləri də bitib. Britni və Ceyson 2011-ci ildə nişanlanıblar, lakin 2013-cü ilin yanvarında ayrılıblar. 2012-ci ildən Travik atası ilə birlikdə Britninin müştərək qəyyumu olub, lakin ayrılıqdan sonra istefa verib.
Ayrılıqlara baxmayaraq, keçmiş sevgililər dost olaraq qalıblar.
Jurnalistlər qeyd edirlər ki, həm Britniyə, həm də Ceysona yaxın olan insanlar gələcəkdə onların yenidən qovuşma ehtimalı ilə bağlı nikbindirlər. Lakin hazırda bu barədə heç bir söhbət yoxdur.
Britni, 2019-cu ildə sərt nəzarətinin bitməsinə bir ay qalmış Veqası tərk edib. Beş il sonra ilk dəfədir ki, Britni Veqasa gəlir. Müğənni etiraf edib ki, 4 illik qəyyumları ona yalnız iki dəfə küçəyə çıxmağa icazə verib. Bu müddət ərzində ona şəhərdə qəhvə, çay içməyi və spaya getmək qadağan edilib.
Aysel
Sfera.az