Gürcüstanda güclü zəlzələ OLDU
Kateqoriya məlum deyil
Gürcüstanda 5,3 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.
Zəlzələ yerli vaxtla saat 23:35-də qeydə alınıb.
Yeraltı təkanların episentri Dmanisi rayonunun Yırğançay kəndində olub.





