İstanbulda yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var - FOTO

Kateqoriya məlum deyil
T
Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Kartaltepe səmtində dördmərtəbəli yaşayış binası çöküb.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TRT haber" məlumat yayıb.
Bildirilib ki, hadisə naməlum səbəbdən baş verib.
Əraziyə çoxlu sayda yanğınsöndürən və tibbi yardım briqadaları göndərilib. Məlumata görə, dağıntılar altında qalan insanlar var.







