Papanın açıqlaması aranı qarışdırdı: "Qadınların işi..."

Dünya
17:45 / 01.06.2024
12267
Roma Papası Fransisk keşişlərlə görüşündə qadınlar haqqında fikirlər söyləyib.
Sfera.az Metbuat.az-a istinadla bildirir ki, Fransisk deyib ki, qeybət etmək qadınlara xas keyfiyyədir. Papanın kişilər ilə bağlı açıqlaması da maraqla qarşılanıb. O bildirib ki, kişi şalvar geyinir, bu isə o deməkdir ki, hər şeyi olduğu kimi açıq danışmaq lazımdır.
Bir müddət öncə Roma Papası homoseksualların keşişlik üçün dərslərə qatılmasına qarşı çıxmışdı. Həmçinin Papa 2023-cü ildə ilk dəfə olaraq Vatikanda qadınlara səsvermə hüququ ilə yanaşı onları mühüm vəzifələrə təyin edib.