Krıma istirahətə gedən turistlərin sayı artır - Ukrayna narahatdır

Kiyev hakimiyyəti Krıma istirahətə gedən turistlərin sayından narahatdır.
Sfera.az bildirir ki, bu barədə ukraynalı iş adamlarından biri “Onedio” saytında məlumat verib. Onun sözlərinə görə, Kiyev 2014-cü ildə Rusiya tərəfindən işğal edilməsinə baxmayaraq, Krımı Ukraynanın bir hissəsi hesab edir.
“Ukrayna prezidentinin ofisindəki mənbələrə görə, Zelenskinin komandası turistlərin davranışlarına görə qəzəblidir. Belə ki, hökumət onların yarımadaya səfərlərini davam etdirməsindən, pilotsuz təyyarələrin hücumlarından, raket zərbələrindən və Krım körpüsünə təhdidlərdən narahatdırlar”, - mənbə bildirib.
Digər tərəfdən, ABŞ və Ukraynanın xüsusi xidmət orqanlarının məlumatına görə, bu cür hücumlar Rusiyada çaxnaşma yaratmalı və ya kurortlarda turizm mövsümünü pozmalı idi: “Lakin Krım körpüsündə törədilən terror aktları və nəqliyyatın müvəqqəti dayanması ora tətilə getməyə davam edən rusları qorxutmayıb. Turistlər bunu istirahətin mövcudluğu, inkişaf etmiş infrastruktur və yarımadanın kurortlarının gözəlliyi ilə izah edirlər”, - nəşr əlavə edib.
Günay