Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu AÇIQLADI 

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu AÇIQLADI
Kateqoriya məlum deyil
T

Sui-qəsdə cəhdə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağır olaraq qalır.

 

Sfera.az xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Banska-Bistrisa xəstəxanasında hökumət başçısını ziyarət etdikdən sonra jurnalistlərə məlumat verib.

 

“Baş nazir Robert Fitsonun vəziyyəti ağır olaraq qiymətləndirilir. O, ölümün bir addımlığında idi. Mənə onunla ancaq bir neçə dəqiqə danışmağa icazə verildi. Danışa bilsə də, çox yorulur”, - deyə Pelleqrini qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR