Ekipaj üzvü qayçı ilə sərnişinlərə hücum etdi

Ekipaj üzvü qayçı ilə sərnişinlərə hücum etdi

Əslən cənubi afrikalı olan, kruiz gəmi işçisi Ntando Soqoni FBİ tərəfindən həbs edilib. O, sərnişinləri qayçı ilə yaralamaqda ittiham olunur. 

 

Sfera.az bildirir ki, hadisədən cəmi bir neçə saat əvvəl gəminin heyətinə qoşulan işçi bir sərnişin və iki ekipaj üzvünə hücum edib.  İnsident “Norwegian Cruise Line” şirkətinə məxsus “Encore” gəmisində baş verib. 

 

Onun hücum etdiyi şəxslər 75 yaşlı qadın və iki mühafizəçi olub. Hücumdan əvvəl 35 yaşlı Ntando xilasetmə qayığını işə salmağa cəhd edib, qaçmağa hazırlaşırmış. Mühafizə ona mane olmağa çalışıb, dərhal müayinə üçün gəminin tibb mərkəzinə aparıblar. Orada Ntando tibbi heyətin əlindən qaçaraq, başqa otağa keçib və qayçı götürərək müayinə olunan yaşlı qadını, eləcə də müdaxilə etməyə çalışan iki mühafizəçini bıçaqlayıb.


Xəsarət alanların heç birinin həyati təhlükəsi yoxdur. Ntando Soqoni FBİ tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, dəniz və ərazi yurisdiksiyası daxilində təhlükəli silahla hücum ittihamı maksimum 10 il həbs cəzası və 250.000 dollar cərimə nəzərdə tutur.


OXŞAR XƏBƏRLƏR

Balıq ovuna qadağa qüvvəyə mindi: Qiymətlərə təsir edəcək?

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1...

50 manata şaftalı? - Paytaxt bazarlarında əl yandıran QİYMƏTLƏR

Paytaxt bazarlarında bəzi meyvə və tərəvəzlərin qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur.   Sfera.az ATV-yə istinadən məlumat ver...

Makedoniyalı İsgəndərin ailəsinin sirri: İndi də sərkərdənin atasının cəsədi itkin hesab edilir

Təxminən 50 il əvvəl arxeoloqlar Yunanıstanın şimalındakı qədim Vergina şəhəri yaxınlığında qazıntılar zamanı yeni bir kəşf ediblər. Qərara gəlinib ki, Makedoni...

Ronaldonun öz-özünə danışması gündəm oldu - VİDEO

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.   Sfera.az xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldonun komandası “Ən...

Leyla və Arzu Əliyevalar konsertdə - FOTOLAR

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gə...

Təkərli Gitara: Elvis Preslinin ən qeyri-adi avtomobili satılır - FOTO

Elvis Preslinin çox qeyri-adi "Cadillac"ı Fransada satışa çıxarılıb. Nəhəng çəhrayı avtomobil gitaraya bənzəyir.   Sfera.az bildirir ki, &l...