Şahzadə Harri Kral Çarlzın təklifini rədd etdi

Bütün media Kral Çarlzın keçən həftə İngiltərədə olarkən şahzadə Harri ilə görüşdən imtina etməsini müzakirə edir. Lakin məlum olhb ki, kralın bu cür davranışının səbəbi başqa şeydir.
Sfera.az bildirir ki, ata və oğul arasındakı münasibətlər getdikcə soyuqlaşır.
Kralın dostları deyirlər ki, Harri atası ilə görüşsə də, iqamətgahında qalmağa razı olmayıb. Öz növbəsində, Sasseks hersoqu ilə yaxın olanlar başqa bir şey deyirlər.
Atası Harrini kral iqamətgahında qalmağa dəvət etsə də, o, təklifi rədd edib. Bu barədə kralın yaxın çevrəsindən olan mənbələr məlumat verib.
Onların fikrincə, Harri razılaşsaydı, atası ilə görüşmək və danışmaq imkanı daha çox olardı. Onlar həmçinin kralın konkret olaraq Harrini görmək istəmədiyi barədə məlumatları təkzib ediblər.
"Bütün bunlar çox kədərlidir. Doğrudur, Kral Harri ilə görüşməkdən ehtiyatlanır, bütün bu cür ziyarətləri müşaiyət edən medianı nəzərə alsaq, o, şübhəsiz ki, xəstəliyinin ən həssas və ən çətin anında oğlunu qəbul etməyə razılaşdı”.
Öz növbəsində şahzadənin dostu iddia edir ki, Harri səfərindən xeyli əvvəl atası ilə görüş istəyib.
Harrinin Londonda birlikdə vaxt keçirdiyi dostları isə atasını görmədiyi üçün çox kədərləndiyini, incidiyini iddia edirlər.
Oğlu ilə görüşmədiyi iddia edilən kral Çarlz isə Bukingem Sarayının bağçasında 8000 nəfərin dəvət olunduğu ziyafət verməyə vaxt tapıb. Ertəsi gün isə onun qonağı futbolçu Devid Bekhem olub.
Eyni zamanda, Harri “İnvictus Oyunları”nın ildönümünü qeyd etmək üçün St Paul Kilsəsində keçirilən mərasimdə iştirak edib.
Daha sonra şahzadə Nigeriyaya, həyat yoldaşı Meqan Marklın yanına uçub.
Aysel
Sfera.az