Qazaxıstanda keçmiş nazir 24 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ

Qazaxıstanda keçmiş nazir 24 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ
Kateqoriya məlum deyil
T

Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayev vətəndaş nikahında olduğu həyat yoldaşı Saltanat Nukenovanın qətlində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

 

K.Bişimbayev Qazaxıstan Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirli bilinib.

 

Xatırladaq ki, o, 2023-cü il noyabrın 9-da qohumu və qətlin baş verdiyi restoranın direktoru ilə birlikdə saxlanılıb.

 

Onun əmisi oğlu, “Qastro Mərkəzi”nin direktoru Baxıtjan Bayjanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR