MİT-dən növbəti uğurlu əməliyyat: PKK-nın önəmli şəxsi MƏHV EDİLDİ - FOTO

MİT-dən növbəti uğurlu əməliyyat: PKK-nın önəmli şəxsi MƏHV EDİLDİ - FOTO

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK terror təşkilatının önəmli şəxslərindən birini zərərsizləşdirib.


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, MİT İraqın Qara bölgəsində xüsusi əməliyyat keçirib və bu əməliyyat nəticəsində terrorçu Sedat Aksu məhv edilib. 


Aksu terror təşkilatının “şura müdir”i idi və təşkilatın Suriya qanadının təchizat işləri ilə məşğul olub. O, 2016-cı ildə Suriyanın şimalında Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı planlaşdırılan tədbirlərlə bağlı təlimat verib. 


Aksunun təşkilatın yüksək rəhbərliyindən aldığı təlimat əsasında Pəncə-Kilit Hərəkatı bölgəsində hərəkətə hazırlaşan təşkilat üzvlərinə silah və sursat verdiyi müəyyən edilmişdi. İraqın Qara bölgəsində təqibdən sonra Sedat Aksu onu müşayiət edən terrorçularla birlikdə dəqiq raket zərbəsi ilə zərərsizləşdirilib. 


Rəsmi məlumata əsasən şərti adı “Şevger Çiya” olan Sedat Aksu 1998-ci ildə təşkilata qoşulub və 26 ildir ki, PKK-nın fəal üzvlərindəndir. 2000-ci ildə Şırnak və ətraflarında təhlükəsizlik qüvvələrinə qarşı hücumlarda iştirak edib. 


O, 2001-ci ildə İraqın Haftanin bölgəsinə köçüb. 2004-cü ildə ölkəyə qayıdan Aksu 2007-ci ildə təhsil almaq üçün İraqın şimalına gedib, 2009-cu ildə Qəndildə təşkilat üzvlərinə təlim keçib və 2016-cı ildə Aksu Suriyaya köçüb.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...

Bakıda ermənilərin növbəti məhkəməsi - FOTOLAR

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...