İsrail dinc əhalini təxliyə etdikdən sonra Rəfahda hərbi əməliyyata BAŞLADI

İsrail dinc əhalini təxliyə etdikdən sonra Rəfahda hərbi əməliyyata BAŞLADI

İsrail ordusu Rəfahda qurudan əməliyyatlara başlayıb. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS-ın atəşkəs təklifini qəbul etməyən İsrail Qəzzanın son “qala”sı hesab edilən Rəfah yaşayış məntəqəsinə raket və artilleriya zərbələrindən sonra səhər tezdən tanklarla şəhərə daxil olub. 


Rəfah Qəzza zolağına daxil olan və Misirlə sərhəddə yerləşən şəhərdir. Müharibə başlamamışdan öncə şəhərin təxminən 200 min əhalisi var idi. Müharibədən sonra isə məcburi köçkünlərin hesabına şəhər əhalisinin sayı 2 milyona çatıb. İsrail hökuməti bildirir ki, məcburi köçkünlər arasında çoxlu sayda HƏMAS silahlıları var. Həmin silahlı şəxslərin özləri ilə bərabər əsir götürdükləri İsrail vətəndaşlarını da apardıqları ehtimal edilir. 


Rəfah şəhəri həm də strateji mövqeyə sahibdir. Bu şəhərdə Qəzza ilə Misir arasında olan keçid məntəqəsi yerləşir. İsrail hökuməti hesab edir ki, Qəzzanı HƏMAS-ın silahlı birləşmələrindən təmizləmək üçün Rəfahda da əməliyyat şərtdir. 


Lakin bəzi ölkələr, o cümlədən ABŞ, BMT, Avropa İttifaqı dövlətləri, Misir və əksər ərəb dövlətləri daha çox dinc insanın ölməməsi üçün Rəfahda əməliyyatlara başlamamağı tələb edib. Buna uyğun olaraq HƏMAS da son anda atəşkəs təklifi verib. Lakin İsrail bunu qəbul etməyib. İsrail Müdafiə Qüvvələri isə planlaşdırılan hərbi əməliyyata hazırlıq çərçivəsində Rəfahın şərq məhəllələrindən dinc sakinlərin təxliyəsini həyata keçirib. 

 

İsrailin Rəfahda başlatdığı əməliyyatın ilk saatlarında Qəzzadan Rəfah şəhərinə keçid məntəqəsi nəzarətə götürülüb. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...