Məhkəmə Donald Trampı cərimələdi

Dünya
21:10 / 30.04.2024
5057
Nyu-York məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampı "Truth" sosial şəbəkəsindəki yazılara görə 9 min dollar cərimələyib.
Sfera.az xəbər verir ki, buna səbəb, proses tərəflərinin porno aktrisa Stormi Danielsə ödənişləri ilə bağlı iş üzrə şərhləri dərc etməyi qadağan edən əmrin pozulması olub. Tramp bunu 9 dəfə pozub.
Məhkəmə eks-prezidentə sosial şəbəkədən “təhqiredici” yazıları, habelə seçkiqabağı təşviqat saytından mesajları silməyi tapşırıb.
Bundan əlavə, Tramp məhkəməyə hörmətsizlik etdiyinə görə 2000 dollar cərimələnib.
İnci
sfera.az