Ukraynada nazir istefa verdi
Kateqoriya məlum deyil
Ukraynanın aqrar siyasət naziri Roman Leşşenko istefa verib.
Sfera.az-ın məlumatına görə, bu barədə məlumatı R.Leşşenko özü Ukraynanın "Ekonomiçeskaya pravda" nəşrinə təsdiq edib.
İstefanın səbəbləri ilə bağlı hələlik məlumat verilməyib. Məlumata əsasən, bu barədə o axşam saatlarında öz əməkdaşlarına elan edib.Ali Radada istefanın leyhinə səsvermədən sonra nazirin səlahiyyətləri onun birinci müavini Taras Vısotskiyə həvalə olunacaq.






