Real Barbi olmaq istəyir - FOTOLAR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam bitirməyib. Onun daha bir neçə proseduru planlaşdırılır.

 

Sfera.az bildirir ki, Adı isveçcə "gözəllik" mənasını verən qız kukla görünüşünə sahib olmaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. İndiyə qədər o, üç dəfə döş böyütmə əməliyyatı, iki burun əməliyyatı (rinoplastika), qaş qaldırma, Braziliyada qarın gərmə əməliyyatı və tülkü gözlər prosedurlarından keçib.


Eşli hələ də görünüşündən razı deyil. 


O, uşaq ikən "Baywatch" serialının ulduzu Pamela Andersona heyran olub və onun kimi olmaq arzusunda olub.


"Əməliyyatda daha da irəli getmək istəyirəm. Növbəti əməliyyat qabırğaları çıxarmaq və döşləri böyütmək, eləcə də beli kiçiltmək olacaq. Çoxları üçün estetik cəhətdən şişirdilmişəm. Amma başqaları üçün nümunə və örnəyəm. Mən daim özümü hiss etmək, hər zaman istədiyimi etmək, o cümlədən xarici görünüşümü dəyişmək istəyirəm”-deyə o bildirir.

 

Eşli ilk dəfə kiçik döşlərini böyütmək üçün bıçağın altına girəndə cəmi 18 yaşı olub. Görünüşü şəxsi həyatında müəyyən problemlər yaratsa da, model peşman olmadığını deyir.


"Etdiyim yeganə pis seçim vaxtımı buna layiq olmayan oğlanlara həsr etmək oldu. Bəzi kişilər sadəcə heyrətamiz görünüşümə görə mənimlə görüşmək istəyirlər. Mən əsl sevgi axtarıram və evlənməyi səbirsizliklə gözləyirəm”-deyə o əlavə edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

ANAMA sədri ABŞ-nin Stirlinq Fondunun baş icraçı direktoru ilə GÖRÜŞDÜ

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının Stirlinq Fondunun baş icraçı direktoru Edvard...

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən KEÇİRİLDİ

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib.   Sfera.az Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə e...

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru OLDU

“Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlakın işsiz günləri başa çatıb.   Sfera.az xəbər verir ki, Türkiyəli mütəxəssis Azərbaycan millis...

Aeroflot Superjet 100-ün QƏZASI: Yekun hesabat HAZIRLANDI

Dövlətlərarası Aviasiya Komitəsi (DAK) 2019-cu ildə Şeremetyevoda qəzaya uğrayan Aeroflot Superjet 100 təyyarəsi ilə bağlı yekun hesabatı hazırlayıb. &n...

Türkiyəli aktrisanın oğlu cinsiyyətini dəyişdirdi - FOTO

“Çılgın Bediş” serialının ulduzu Çiçək Dilligil və musiqiçi Bora Öztoprakın 27 yaşlı oğlu  Ardahan Öztoprak cinsiyyətini dəyişdirərək qadı...

Səfir: "Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır.   Sfera.az xəbər verir ki, bunu Rusiyanın Qazaxıst...