“Dünya Gözəli” finalçısı vəfat etdi

“Dünya Gözəli” finalçısı vəfat etdi

“Miss Cənubi Afrika 2005” müsabiqəsində birinci olmuş və ölkəsini “Miss World 2005” müsabiqəsində təmsil edən Dhiveji Smith Dhiveja vəfat edib.

 

Sfera.az bildirir ki, “Miss World” gözəllik yarışmasının yarımfinalçısı Diveja Smith uzun müddətdir xərçənglə mübarizə aparırdı. O, xəstəliyinin tarixini və müalicəsini şəxsi bloqunda paylaşıb. Yanvarın əvvəlində Diveja səhhətinin kritik olduğunu bildirib. O, ən azı bir il yaşaya biləcəyinə ümid etdiyini qeyd edib.

 

Divejanın yaxın ailə dostu Andre Slay onun ölümü barədə öz səhifəsində məlumat verib:

 

“Yollarımız 2005-ci ildə kəsişdi. Təxminən 20 ildən sonra çox cəsarətli bir döyüşdə uduzacağını təsəvvür belə edə bilməzdim. Ürəyimə toxunan ilk gözəllik kraliçası olduğun üçün sənə təşəkkür etmək istəyirəm. Diveja Smith, sən məni ruhlandıran, mənə kömək edən bir işıq şüası idin. Çox məyus oldum, amma daim lütfkar və səxavətli dəstəyinə görə sənə təşəkkür etmək istərdim. Sən mənim həyatımda bir mələk oldun. Etdiklərin üçün sənə kifayət qədər təşəkkür edə bilmərəm. Sən çox cəsarətli idin və çox təəssüf edirəm ki, sənə daha çox yaşamaq qismət olmadı. Təəssüf… Həyat yoldaşına, qızına və doğmalarına başsağlığı verirəm”- deyə o yazıb.

 

Diveja son paylaşımlarının birində qızı ilə fotosunu yayımlayıb və qızın altıncı yaşını qeyd etdikləri tədbirdən foto paylaşıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda həkim güllələnərək öldürüldü - FOTO/TƏFƏRRÜAT

Xəbər verdiyumiz kimi, Şəkinin Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlu ...

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. &nb...

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

“Fənərbağça” klubunun yaşayan əfsanəsi Türkiyə klubunu çalışdırmaq barədə düşünür.   Məlumata görə, Aleks De Souza “Antalyaspor&rdq...

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qambiyada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammiti çərçivəsində türkiyəli həmkarı Hakan ...

Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...

Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə y...

Yağış, dolu, sulu qar... - Faktiki hava AÇIQLANDI

Mayın 4-ü saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.   Milli Hidrometeorol...