Ali Seçki Qurumu CHP-nin "ölü seçicilər də səs verib" iddiasını RƏDD ETDİ

Ali Seçki Qurumu CHP-nin

Cümhuriyyət Xalq Partiyasının (CHP) Hatay Ali Seçki Qurumuna (YSK) etdiyi etirazı rədd edilib.


Sfera.az xəbər verir ki, CHP həyatını itirmiş seçicilərin də "səs verdiyini" və həmin nəticələrin qeydə alındığını iddia edib. 

 

Bu səbəblə sədr Özgür Özel və CHP-nin Hatay namizədi Lütfü Savaş YSK qarşısında olub.

 

AK Partiyanın YSK-dakı nümayəndəsi Recep Özel isə bu iddiaya reaksiya verib:

 

"CHP 87 səhifəlik ərizə verdi. Orada 3389 nəfərin öldüyü halda səs verdiyi deyilir. Tamamilə yalandır. Onlar kimdir, adlarını ərizədə yazarsınız".

 

Daha sonra toplaşan YSK Seçki Şurası CHP-nin etirazlarını müzakirə edərək, həyatını itirən seçicilərlə bağlı iddialar da daxil olmaqla etirazları rədd edib.

 

CNN TÜRK yayımına danışan Hatay Bələdiyyə başçısı Mehmet Öntürk seçki müzakirələrinin YSK-nın qərarı ilə yekunlaşdığını deyib: “Seçki müzakirələri əslində proses başladığı andan bitdi. Hatay qərarını vermişdi. İndi işimizlə məşğuluq. Bizim prioritetimiz şəhərimizi mümkün qədər tez ayağa qaldırmaqdır".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...