Logo

Türkiyə baş konsulluğunun binasına hücum olub

Türkiyə baş konsulluğunun binasına hücum olub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkyənin Kosovonın paytaxtı Priştinadakı baş konsulluğunun binasına "Molotov" kokteyli atılıb.

"Report” "Ulusal Kanal"a istinadən xəbər verir ki, hücum nəticəsində xəsarət alan olmayıb.

Hücum zamanı konsulluğun binası qarşısındakı polis məntəqəsində meydana gələn yanğın söndürülüb.

Türkiyənin Kosovodakı səfiri Kıvılcım Kılıc hadisə ilə bağlı açıqlamasında deyib: "Dost-qardaş dediyimiz Kosovodakı bu hadisə bizi məyus edib. Çox məyusedici bir hadisədir. Kosovolu məsul şəxslərin qısa bir zamanda araşdırmaya başlamasını istəyirik. Kosovoda belə bir hücum ilk dəfədir baş verir. Bu hadisədən şokdayıq”.

Hadisə nəticəsində konsulluğun binasının pəncərələrinin qırılan şüşələri dəyişdirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR