Qazaxıstanda fövqəladə vəziyyət elan edildi
Kateqoriya məlum deyil
Qazaxıstanın Janatas şəhərində təbii fövqəladə vəziyyət rejimi elan edilib.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb güclü küləyin elektrik xətlərini zədələməsi olub.
Nəticəsdə 20 elektrik ötürücü dirəyi yıxılıb. 21 mindən çox insanın yaşadığı şəhərdə külək zəiflədikdən sonra elektrik xətlərində təmir-bərpa işlərinə başlanacaq.
Bildirilib ki, sözügedən şəhərdə 30 m/s-ə çatan külək hələ də davam edir.






