"Terror yoxsulluqdan, su qıtlığından qaynaqlanır" - BMT rəsmisi

“Yoxsulluq və su çatışmazlığı bir çox ölkələrdə terrorizmi doğurur”.

 

Sfera.az xəbər verir ki, bunu “TASS"a müsahibəsində BMT baş katibinin Qərbi Afrika və Sahel üzrə xüsusi nümayəndəsi Leonardo Santos deyib.

 

Onun sözlərinə görə, son illərdə region ölkələrində bir neçə hərbi çevrilişin səbəbi yoxsulluq olub:

 

"İqtisadi və sosial tərəqqinin olmaması ilə bağlı əhali arasında geniş narazılıq var. Çox az ölkə bütün əhalisinə təmiz içməli su, səhiyyə və təhsil kimi əsas xidmətləri göstərə bilər. Bu, sadəcə narazılığa səbəb olmur, həm də əhali ilə hökumət arasında düşmənçilik yaradır.Vətəndaşlar özlərini hökumətlər tərəfindən tərk edilmiş hiss edirlər. Deməli, yoxsulluq bunun əsas səbəblərindən biridir. Yoxsulluq da həmin xidmətləri təmin etməli olan qurumların, dövlət qurumlarının düzgün işləməməsi ilə bağlıdır”.

 

Nümayəndə antiterror səylərinin səmərəliliyi üçün yoxsulluqla mübarizənin vacib olduğunu vurğulayıb:

 

"Yoxsulluqla mübarizə üçün lazım olan əsas şərt həmin ölkələrin hər birində əhalinin həyat şəraitinin yaxşılaşdırmasıdır. O zaman terrorçuların insanları bu işə cəlb etmək üçün münbit zəminləri olmayacaq".


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR