Avropa Məhkəməsindən Ermənistana qarşı iki qətnamə

Avropa Məhkəməsindən Ermənistana qarşı iki qətnamə

İnsan Haqları üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinə qarşı iki qətnamə qəbul edib.

Sfera.az xəbər verir ki, bu barədə "Azadlıq” radiosunun erməni bölməsi məlumat yayıb. 

2012-ci ildə Dağlıq Qarabağda vəfat edən hərbçi Suren Muradyanın işi üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinin Muradyan ailəsinə 50 min avro dəyərində kompensasiya verməsi barədə qərar qəbul edib. Məhkəmə qərarına əsasən Ermənistan hüquq-mühafizə orqanları hərbçinin qətlində günahkarların aşkar edilməsi üçün araşdırımaları düzgün aparmayıb. 

Surenin atası Qraç Muradyan Avropa Məhkəməsinə müraciət edərək bildirib ki, xidmət vaxtı onun oğlu xəstələnib və ona lazımı tibbi yardım göstərilməyib. 

"Manuçuryan Ermənistan Hökumətinə qarşı” iş üzrə də Avropa Məhkəməsi Ermənistanı 2400 avro cərimələyib. 2009-cu ildə Spartak Manuçuryan Alaverdi şəhər sakini Karen Sohakyanı öldürməkdə günahlandırılıb. Avropa Məhkəməsinin qərarına görə, Ermənistan hökuməti ədaləti məhkəmə işinin aparılması qanunu pozub. 

Manuçuryan əvvəlcə qətli törətdiyini etiraf edib, daha sonra öz ifadələrindən imtina edərək Sohakyanı öldürmədiyini vurğulayıb. Lakin məhkəmə sonuncu ifadələrini nəzərə almayıb. 


OXŞAR XƏBƏRLƏR

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...

Türkiyədə qidadan kütləvi zəhərlənmə oldu

Türkiyənin Yalova vilayətinin Çiftliköy rayonunda 45 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.   Sfera.az bu barədə "...

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...