"Qətər də varlı dövlətdir, ancaq..." - Politoloq ABŞ-nin dünyada artan gücündən DANIŞDI

"İkinci Dünya müharibəsindən sonra ABŞ ilə keçmiş SSRİ arasında gərginlik artdıqca, Amerika müxtəlif ölkələrdə hərbi bazalar yaratmağa başlayıb. “Soyuq müharibə” dövründə bu hərbi bazaların sayı artıb. SSRİ də bir neçə ölkədə hərbi bazasını formalaşdırıb, ancaq Moskva hərbi bazaların sayına görə Vaşinqtondan xeyli geri qalıb. SSRİ-nin 1991-ci ildə dağılmasıyla “Soyuq müharibə” bitdi, Amerika qələbəsini elan etdi və birqütblü dünyaya keçid baş verdi. Ancaq illər keçdikcə vəziyyət dəyişməyə başladı. Rusiya, Çin, Türkiyə, Braziliya və digər bir qrup ölkə ABŞ-nin hegemonluğunu qəbul etmir, çoxqütblü dünyanın formalaşması prosesində rol almağa başlayıblar".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

 

"ABŞ artıq hər yerə çata bilmir, regional münaqişələr onu taqətdən salır. Bundan istifadə edən bir qrup dövlət regional siyasətlərini gücləndiriblər. Bu, özünü həmin dövlətlərin müxtəlif ölkələrdə yaratdıqları hərbi bazalarda da göstərir. ABŞ dünyada hərbi bazaların sayına görə ilk sırada olsa da, Vaşinqtonun müxtəlif qitələrdə ciddi rəqibləri peyda olub. Rusiya, Çin və Türkiyə müxtəlif dövlətlərdə və bölgələrdə, o cümlədən Yaxın Şərq və Afrikada hərbi bazalarının sayını artırmağa başlayıblar. Misal üçün, Rusiya Ukraynada işğalçı müharibəsini davam etdirərkən, uzaq Sudanda hərbi dəniz qüvvələri üçün bazanın yaradılması prosesini sürətləndirib”.

 

Politoloq qeyd edib ki, hərbi bazalar, adətən, dənizlərə və okeanlara çıxış və maliyyə ehtiyacı olan dövlətlərdə yaradılır.

 

“Bu sıraya Somali, Cibuti, Suriya kimi dövlətləri aid etmək olar. Ancaq təhlükəsizlik baxımından öz ərazisini üçüncü dövlətin hərbi bazası üçün açan varlı dövlətlər də var. Misal üçün varlı Cənubi Koreya özünü kasıb Şimali Koreyadan qorumaq üçün ABŞ-nin hərbi bazalarına ehtiyacı var. Qətər də varlı dövlətdir, ancaq Doha təhlükəsizliyini gücləndirmək və qonşu ölkələrin hücumundan qorunmaq üçün ərazisində ABŞ və Türkiyənin hərbi bazalarının yerləşməsinə şərait yaradıb”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...