Analoqu olmayan tragikomediya - Naməlum kişi milyonçularla birlikdə villada yaşayıb

Analoqu olmayan tragikomediya - Naməlum kişi milyonçularla birlikdə villada yaşayıb

Nyu-Yorkdan olan milyonçular Susana və Cozef Landanın başına tragikomik hadisə gəlib.
 

Sfera.az bildirir ki, milyonçu ailə həkimlərin Daun sindromu diaqnozu qoyduğu oğulları Aleksə normal həyat yaşatmaq üçün təqaüdə çıxdıqdan sonra Duqlastonda 2 milyon dollara ev alıblar. Ancaq bu sevincli hadisə əsl kabusa çevrilib. Ailə evlərində naməlum kişi tapıb. Məlum olub ki, yeni evdə naməlum kişi yaşayır.
 

Ailə məhkəmə yolu ilə çağırılmamış qonağı evdən çıxarmağa çalışır, lakin hələ ki, irəliləyiş çox ləng gedir.


Məlumata görə, Brett Flores adlı şəxs evin əvvəlki sahibi tərəfindən köməkçi kimi işə götürülüb. İşinə görə həftədə 3000 dollar alıb və 2023-cü ilin yanvarında sahibinin ölümündən sonra o, evdə yaşamağa davam edib. Flores mərhumdan yaşamaq üçün icazə aldığını iddia edir.

Lakin Landa ailəsi Floresin kirayə pulu vermədiyini və heç bir sənədinin olmadığını iddia edir. Bu azmış kimi, Flores tanımadığı şəxslərə otaqlar icarəyə vermək üçün internetdə elan da yerləşdirib.
 

İşin ən qəliz tərəfi isə budur ki, Nyu-York ştatının qanunlarına əsasən, əgər şəxs həqiqətən evdə 30 gündən çox yaşayırsa, o, əlaqəli hüquqlara malik squatter kimi təsnif edilə bilər.
 

 

"Əgər icarə müqaviləsi yoxdursa və heç bir şey ödəmirsə, o necə əlaqəli hüququ ola bilər?" - deyə Cozef heyrətlənir.

Ailə məhkəmələr vasitəsilə dəvətsiz qonağı evdən çıxarmağa çalışır, lakin bu günə qədər məhkəmə çox ləng gedir. Mülki iş üzrə məhkəmədə beş dinləmə keçirilsə də, Flores hər dəfə prosesi uzatmağa nail olur.
 

Adam vəkilsiz gəlir və müflis olduğununu bildirir. Hələ də evdə yaşasa da, bütün kommunal ödənişləri yeni sahiblər ödəməlidirlər.
 

"Mənə elə gəlir ki, hüquq sistemi məndən və ailəmdən imtina edib. Bu ədalətsizlikdir, çünki mən heç nə edə bilmirəm"-deyə Cozef məyusluqla bildirir.
 

İş üzrə növbəti məhkəmə iclası aprel ayına təyin edilib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR