Müalicə üçün yanına gələn 236 xəstəni gözünü belə qırpmadan öldürən həkim - Şipman

Müalicə üçün yanına gələn 236 xəstəni gözünü belə qırpmadan öldürən həkim - Şipman

Keçmiş həkim və serial qatil olan Harold Şipmanın 236 xəstəsinin ölümünə səbəb olduğu öyrənildikdə, bir çox cinayət mütəxəssisi onu buna vadar edən səbəbi ortaya çıxarmaq üçün illərdir davam edən uzun bir araşdırma aparıb.

Sfera.az bildirir ki, İngiltərədə məşhur cinayət mütəxəssisi Dame Janet Smith uzun araşdırmalar nəticəsində bunun səbəbinin Şipmenin törətdiyi cinayətlərdən həzz alması və öldürməyə aludə olması ilə əlaqələndirib.


Orta səviyyəli bir ailənin ortancıl övladı olaraq dünyaya gələn Haroldun anası çox dominant və avtoritar bir qadın idi.

Haroldun özünə inam problemlərinə səbəb olan bu vəziyyətin onun sonrakı illərdə də dostluq qura bilməməsinin ən böyük səbəblərindən biri olduğu düşünülür.


Anasının ağciyər xərçəngi müalicəsi zamanı istifadə etdiyi dərmanların təsirini öyrənmək imkanı əldə edən Harold, anasının ölümündən dərhal sonra Lids Universitetində tibb təhsili almağa başlayıb.

O, cəmi 19 yaşında ikən ailə həyatı qurub. Evlənəndə həyat yoldaşının 17 yaşı var idi və 5 aylıq hamilə idi.

Onun 28 yaşına qədər artıq iki övladı var idi və məzun olduqdan sonra Yorkşirdəki Todmorendə təcrübə keçmək şansı qazanmışdı. Həyatında çox şey yaxşı getsə də, Haroldun həyatı Pethidine adlı ağrıkəsiciyə aludə olması səbəbindən alt-üst oldu. Asılılığını dayandıra bilməyən Harold özünə yüksək dozalar yazmağa başladı və həmkarları bunun get-gedə mövqeyini itirməsinə səbəb olduğunu görürdülər.


Uzun müddət reabilitasiya mərkəzində müalicə aldıqdan sonra karyerasını Donneybrook Sağlamlıq Mərkəzində davam etdirib.

Bu qurumdakı həmkarları ilə çox yaxşı münasibətdə olan Harold 20 il burada da fəal işləyib.
 

Onun davranışını ilk dəfə şübhəli görən şəxslərdən biri də cənazə daşıyan avtomobil sürücüsü idi. Haroldun xəstələri arasında ölümlə nəticələnən müalicələrdə inanılmaz artım var idi və bu olduqca diqqət çəkirdi.

Ölümlərin səbəbi olduqca oxşar hesab olunurdu. Əslində vəziyyət o qədər qəribə idi ki, hətta qurbanların öldüyü zaman mövqeləri də eyni idi.
Harold bu vəziyyətdən yəqin ki, qorxub deyə o, dərhal sürücünü işdən çıxardı. Lakin bu da onun hərəkətlərini gizlətməyə kifayət etmədi.

Haroldun həmkarlarından biri olan Dr. Susan Booth və bir çox digər həkimlər də Haroldun xəstələrinin əksəriyyətinin ölümlə nəticələndiyini gördülər və işi tibbi ekspertizaya yönləndirdilər. Daha sonra hadisə polisə təhvil verilib.


İstintaqda Haroldun bu ölümlərə səbəb ola biləcəyinə dair heç bir dəlil tapılmadı və istintaq bağlandı. Amma əslində vəziyyət göründüyündən daha problemli idi...

İstintaq zamanı Haroldun əvvəlki qanun pozuntuları nəzərə alınmayıb.


Harold Şipman 81 yaşlı Ketlin Qrundinin ölümünə qədər həkimlik fəaliyyətini davam etdirdi. 1998-ci ildə Grundi adlı qoca Şipmanın ziyarətindən qısa müddət sonra evində ölü tapıldı.

Şipman Grundinin qızı Angela Woodruffa (Angela Vudruff) yarılmağa ehtiyacın olmadığını və dəfn edildiyini söylədi.
Angela Vudruff vəkil idi, ona görə də anasının mülkünün əksəriyyətini Harolda vəsiyyətnamə ilə təsdiq edilmiş sənəd tapanda təəccübləndi və şübhələndi.

Angela Vudruff polisə gedib vəziyyəti izah edib və Grundinin cəsədi eksqumasiya edilib.

Yarılmadan sonra Grundinin ölüm səbəbinin həddindən artıq dozada morfin olduğu müəyyən edilib. Ölüm vaxtı Harold evdən çıxmazdan bir qədər əvvələ uyğun gəlirdi.


Xəbərlər və evdə onlarla tibbi ləvazimat aşkar edildikdən dərhal sonra polis Haroldun evinə basqın edib.


Harold Şipman, ölümlərindən sonra illər ərzində xəstələrin tibbi qeydlərini dəyişdirərək, onlarda heç vaxt olmayan simptomları əlavə etmişdi.

O, həmçinin ailələri cəsədləri yandırmağa sövq edib. Bütün bunlarla yanaşı, o, bu xəstələrə ehtiyacları olmadığı halda ağrıkəsici dərmanlar yazıb, ölümlərindən sonra da bu reseptləri özü üçün istifadə edib.


İstintaq nəticəsində xəstələrin əksəriyyəti yandırıldığı üçün yarılma aparıla bilməyib və Harold 15 qətldə və sənədlərin saxtalaşdırılmasında günahkar bilinib.
Məhkəmənin qərarı ilə o, şərti azadlığa buraxılmaq imkanı olmadan, Durham həbsxanasına göndərilib.


Lakin Haroldun qətlləri ilə bağlı araşdırmalar bununla bitməyib. Leicester Universitetindən Riçard Beykerin istifadə etdiyi müxtəlif sorğu-sual üsulları sayəsində 236 xəstənin ölümündə onun məsuliyyət daşıdığı üzə çıxıb.

Harold Şipmanın xəstələrini nə qədər müddətdir öldürdüyü hələ də məlum deyil. Buna baxmayaraq, həkim olduqdan dərhal sonra “işə” başladığı güman edilir.

 

Aysel

Sfera.az



OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...