Evsiz adam təyyarəni qaçıraraq sahilə endi

Evsiz adam təyyarəni qaçıraraq sahilə endi

ABŞ-da Kaliforniyadan olan evsiz bir kişi 150 min dollar dəyərində təyyarə qaçıraraq yerli çimərliyə endirib.
 

Sfera.az bildirir ki, 50 yaşlı Luis Qustavo Ayres fevralın 8-də axşam saat 5 radələrində Palo Alto hava limanından təyyarə oğurlayıb, 40 km məsafədə uçduğu iddiası ilə həbs edilib. Qısa müddətdən sonra həmin şəxs Half Moon Bay sahilində təcili eniş etməli olub və nəticədə təyyarə çevrilib və burnu yerə toxunub.
 

Ayres həbs edildikdən sonra müstəntiqlərə məqsədinin hökumətə hava limanlarının təhlükəsizliyinin olmadığını göstərmək olduğunu bildirib. Hökumətə hava limanlarında lazımi təhlükəsizlik olmadığını göstərmək istəyən adam 150.000 dollar dəyərində və ciddi zədələnməmiş təyyarəni oğurlayıb.


Amerikalı hava limanının perimetri hasarında kəsilmiş boşluqdan sıxaraq açarsız təyyarəyə minə bilib. Məhkəmə zamanı Ayres müstəntiqlərə uçmağı vətəni Braziliyada öyrəndiyini deyib.
 

Polis rəsmiləri bildiriblər ki, həmin şəxs həbs edilərkən üzərindən daha 3 nəfərin şəxsiyyət vəsiqəsi tapılıb. O, şəxsiyyət oğurluğu və avtomobil qaçırmada ittiham olunsa da, özünü təqsirli bilməyib.
 

İlk məhkəmə iclasında Ayres hakim Rebekka Vudsona özünü müdafoə etmək istədiyini söyləsə də, hakim, onun tələbini rədd edib. Girov 10 min dollar məbləğində müəyyən edilib. Məhkəmənin hazırlıq iclası fevralın sonuna təyin edilib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...