Logo

Qazaxstanın paytaxtına prezidentin adı verilir

Qazaxstanın paytaxtına prezidentin adı verilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstan parlamentinin deputatları paytaxt Astananın adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürüb.

Sfera.az xəbər verir ki, deputatlar paytaxtın adının dəyişdirilərək Nursultan Nazarbayevin adının qoyulmasını istəyirlər.

Parlamentarilər bu təşəbbüsü Qazaxıstan qanunvericilik orqanın hər iki palatasının birgə iclasında səsləndirib.

"Ölkə konstitusiyasında inkişafa verdiyi böyük töhfəyə görə, ölkənin ilk prezidenti – xalqın lideri Nursultan Abışeviç Nazarbayevin adını vurğulamağı təklif edirik. El başı (xalqın lideri) paytaxtın adında və digər önəmli obyektlərdə öz əksini tapmasını istəyirik”, - deyə Qazaxıstanın müstəqilliyinin 25 illiyi ilə bağlı hazırlanan bəyanatda bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR