İki dünya müharibəsi görən 114 yaşlı qadın - Həyatını dəyişdirən vərdişdən danışdı

İki dünya müharibəsi görən 114 yaşlı qadın - Həyatını dəyişdirən vərdişdən danışdı

Bu yaxınlarda rəsmi olaraq ən yaşlı amerikalı qadın seçilən Hyustonlu 114 yaşlı Elizabet Frensis uzun və xoşbəxt həyatın sirrini bölüşüb.

 

Sfera.az bildirir ki, Elizabet Frensis planetin ən yaşlı insanları arasında beşinci yerdə, həm də super yüzyaşlılar siyahısındadır. O, 25 iyul 1909-cu ildə, amerikalı qadınlara səsvermə hüququ verilməmişdən 11 il əvvəl anadan olub. Qadın iki dünya müharibəsindən, 1918-ci il ispan qripi epidemiyasından və COVID-19 pandemiyasından sağ çıxıb.
 

Yeri gəlmişkən, amerikalılar arasında əvvəlki rekordçu, Kaliforniyadan olan 116 yaşlı Edie Ceccarelli bu il fevralın 22-də dünyasını dəyişib.


Nəvəsi, 68 yaşlı Ethel Qarnizonun dediyinə görə, nənənin müəyyən yaddaş problemləri var və yeriyə bilmir. Buna baxmayaraq, şüuru yerindədit və bütün ailə üzvləri, qohumlarını tanıyır. O, hazırda 94 yaşlı qızı Doroti Uilyamsla birlikdə yaşayır.
 

Harrison nənəsinin uzunömürlü olmasında bir neçə səbəb görür. Birincisi, bu, evdə hazırlanmış sağlam yeməkdir - çoxlu təzə tərəvəz və meyvələr. İkincisi, aktiv həyat tərzi. 90 yaşına qədər Frensis müntəzəm olaraq gəzib, cəmiyyətdə fəal və daimi olaraq insanlarla ünsiyyətdə olub.


"Başqa insanlar üçün əlinizdən gələni etməyə çalışın. Hər kəsi sevin"-deyə Elizabet də öz növbəsində xoşbəxt həyatının əsas sirrini açır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR