Maykl Ceksonun oğlu atası haqqında filmin çəkilişlərində görüntüləndi - FOTOLAR

Maykl Ceksonun oğlu atası haqqında filmin çəkilişlərində görüntüləndi - FOTOLAR

Maykl Ceksonun böyük oğlu Şahzadə Maykl Cekson pop əfsanəsi atası haqqında filmin çəkiliş meydançasında görüntülənib.
 


Sfera.az bildirir ki, yeni filmdə Maykl Ceksonun həyatı və musiqi karyerası göstəriləcək.


“Maykl” bioqrafik filminin gələn il nümayişi gözlənilir. Baş rollarda Şahzadənin əmisi oğlu Cəfər Cekson, eləcə də aktyorlar Mayls Teller (vəkil Con Branka), Colman Dominqo (ata Co Cekson) və Nia Lonq (ana Ketrin Cekson) rolunda çəkilib.
 

27 yaşlı Şahzadə Cekson boz kapüşon, bol mavi cins şalvar və idman ayaqqabısı geyinib. O, uzun qəhvəyi saçlarını göstərən qara beysbol papağı taxıb. Şahzadə əmisi oğlu Cəfərlə çəkiliş meydançasında tanış olub.
 

Prodüser Qrem Kinq artıq Cəfər haqqında:
 

"Cəfərin hər görünüşü, hər notu, hər rəqs hərəkəti Maykldır. O, Mayklı heç bir aktyorun edə bilməyəcəyi şəkildə təcəssüm etdirir"-deyə bildirib.
 

Şahzadə keçmişdə atasının vəziyyəti ilə bağlı da danışıb:
 

"Atamın vitiliqo adlı dəri xəstəliyi var idi, məncə yarılma hesabatında belə qeyd olunub. Vitiliqonun inkişafına təsir edən isə lupusdur (dəri xərçəngi)".


Bundan əlavə, pop ulduzunu xatırlayan Şahzadə görünüşü ilə bağlı təəssüratlarını belə təsvir edir:



"İlk baxışdan etibarsız təəsüratı bağışlayırdı, çünki görünüşü bir növ səliqəsiz idi”.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR