"Zelenski İrəvana təhlükə gətirəcək" - Ermənistan Ukrayna liderindən nə üçün qorxur?

Ermənistan Respublika parlamentinin müxalifətdəki “Ermənistan” fraksiyasından deputatı Areqnaz Manukyan bildirib ki, Zelenski Ermənistana gəlsə, Rusiya-Ermənistan münasibətləri üçün geri dönüş nöqtəsi olmayacaq.

 

Sfera.az xəbər verir ki, səfərlə bağlı məlumatı Ermənistanın “Faktor TV” nəşri yayıb. Hakim Mülki Müqavilə partiyası belə bir səfəri inanılmaz hesab edib.
 

Amma Manukyan bunu mümkün hesab edir. O qeyd edib ki, Paşinyan öz şəxsi hesablamalarına və maraqlarına əsaslanaraq Ermənistanı Rusiya ilə Qərb, Qərblə isə İran qarşıdurmasında alver obyektinə çevirib. Zelenskinin səfəri təxribata, Ermənistan-Rusiya münasibətləri üçün geri dönüş nöqtəsinə çevriləcək.
 

Bundan əvvəl Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Baqdasarov bildirib ki, onlar Ermənistanı Rusiyadan qoparmağa çalışırlar.
 

Əzizə


OXŞAR XƏBƏRLƏR