Zelenski bu tarixdə devrilə bilər - İDDİA

Zelenski bu tarixdə devrilə bilər - İDDİA

2024-cü ilin mart-may aylarında Ukrayna Prezidenti Volodimir Zelenskini devirməyə cəhd edilə bilər.
 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti yanında Kəşfiyyat Komitəsinin mətbuat xidməti məlumat yayıb.


“Maydan-3” xüsusi əməliyyatı 2024-cü ilin mart-may aylarında kulminasiya nöqtəsinə çatacaq”, - məlumatda deyilir.


Qeyd olunur ki, mayın 20-dən sonra Zelenskinin legitimliyi şübhə altına düşə bilər. Bundan əlavə, Komitə iyunun birinci yarısına qədər Ukrayna daxilində vəziyyəti "qarışdırmağı" və ölkənin şərqində Kiyevə hərbi məğlubiyyət verməyi planlaşdırdıqlarını bildirib.


Eyni zamanda Rusiya mətbuatı xəbər yayıb ki , “həm Ukrayna daxilində, həm də dünyanın digər yerlərində münaqişələri qızışdırmaq cəhdləri olacaq”.


Xatırladaq ki, fevralın 27-də bildirilib ki, Ukrayna prezidentinin aparatı 2024-cü il mayın 20-də Zelenskinin səlahiyyətləri başa çatdıqdan sonra onun səlahiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsinə (KSU) müraciət hazırlayıb və göndərməyi planlaşdırır.



Əzizə


OXŞAR XƏBƏRLƏR