Yaponlar evlənmək və uşaq doğmaq istəmir – RƏQƏMLƏR

Yaponlar evlənmək və uşaq doğmaq istəmir – RƏQƏMLƏR

Yaponiyada doğulan körpələrin sayı ardıcıl səkkizinci il azalıb. 


Sfera.az xəbər verir ki, 2023-cü ildə yeni doğulan uşaqların sayı əvvəlki illə müqayisədə 5,1% azalaraq 758 631-ə, nikahların sayı isə 5,9% azalaraq 489 281-ə düşüb. Nikahların sayının 500 mindən az olması son 90 ildə ilk dəfə qeydə alınıb. 


Nazirlər Kabinetinin Baş katibi Yoşimasa Hayaşi jurnalistlərə bildirib ki, azalan doğum nisbəti kritik vəziyyətdədir. O deyib ki, doğum səviyyəsinin aşağı olması səbəbindən gənc əhalinin sürətlə azalacağı gözlənilir. 


Milli Əhali və Sosial Təminat Tədqiqat İnstitutunun proqnozlarına görə, Yaponiyanın əhalisi 2070-ci ilə qədər təxminən 30% azalaraq 87 milyona çatacaq və əhalinin hər 10 nəfərdən dördü 65 və ya daha yuxarı yaşda olacaq.


Müqayisə üçün bildirək ki, Azərbaycanda bir ildə yeni doğulan uşaqların sayı 113 minə yaxın olub. Yaponiya əhalisinin sayı Azərbaycan əhalisinin sayından 12,2 dəfə çoxdur. Əgər Azərbaycanda olan doğum səviyyəsi Yaponiyada olarsa, o halda, “Gündoğan ölkə”də doğum sayı 1,38 milyon olmalı idi. Amma Yaponiyada doğum sayı 758,6 minə düşüb. 


Vasif


OXŞAR XƏBƏRLƏR