Bred Pitt 4600 dollarlıq idman kostyumu ilə diqqət çəkdi' - FOTO

Bred Pitt 4600 dollarlıq idman kostyumu ilə diqqət çəkdi' - FOTO

60 yaşlı amerikalı “Oskar” mükafatlı aktyor Bred Pitt hazırda ən yaxşı günlərini yaşayır. O, zərgərlik dizayneri İnes de Ramonla münasibətə başladıqdan sonra nəinki vizual olaraq daha da cavanlaşıb, həm də dəbli görünüşü ilə pərəstişkarlarını hər gün təəccübləndirir. 

 

Sfera.az bildirir ki, Bred Pittin 4600 dollara abstrakt kəllə sümüyü ilə bəzədilmiş dəbli qara-ağ idman kostyumunda görüntüləri internetdə yayılıb. Aktyor şəxsən özünün “God's True Cashmere” brendindən olan əşyaları təbliğ edir. O, bu markanı 2019-cu ildə təsis edib. Qeyd edək ki, Bred bu markanı Sat Hari ilə birlikdə qurub. 

 

Bred həmçinin, memarlıq və sənət həvəskarıdır və müntəzəm olaraq dünyanın ən şöhrətli rəssamlarının əsərlərini toplayır. “God's True Cashmere” brendini aktyorun yaxın dostu, britaniyalı rəssam Tomas Houseqo da fəal şəkildə təbliğ edirdi. Sözügedəm nu məhdud buraxılışlı idman kostyumunu da məhz Tomas hazırlayıb. Tomas Houseqo idman kostyumunu öz saytında nümayiş etdirərək geyimi "qoruyucu, təhlükəsiz və İlahi enerjidən istifadə etməklə yaradılmış" adlandırıb.

 

Bred Pitt Los-Ancelesdəki sənət studiyasından çıxarkən əlində bir neçə memarlıq kitabı və “La Croix” içkisi ilə çəkilib. Aktyoru görən pərəstişkarları dərhal onun yanına qaçıblar. Pərəstişkarları ilə bir az söhbət etdikdən sonra aktyor 200 min dollarlıq qara rəngli “Porsche Taycan Turbo S” markalı avtomobilinə minərək, oradan uzaqlaşıb.

 

Hal-hazırra Pitt qısamüddətli məzuniyyətdədit və daimi evdə vaxt keçirir. O, tezliklə Böyük Britaniyaya səfər edəcək. “Formula 1” haqqında filmin çəkilişləri Britaniyada davam edir. Filmin iş adı APXGP (uydurma) komandasının iştirak etdiyi "Apex"dir.

 

Layihənin prodüseri və həmçinin ssenari müəlliflərindən birinə çevrilmiş Lyuis Həmiltonun sözlərinə görə, filmdən sonra magistral yollarda hərəkət mümkün qədər fantastik olacaq.

 

Aysel 

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...