İtaliyada Qaliley Villası satışa çıxarılır - FOTOLAR

İtaliyada Qaliley Villası satışa çıxarılır - FOTOLAR

İtaliyanın Toskana şəhərində vaxtilə italyan alimi Qalileo Qalileyə məxsus “Villa del Ombrellino” satılır.


Sfera.az bildirir ki, bir zamanlar mülk VII Edvardın məşuqəsi Alisa Keppelə məxsus olub. Uşaqlıqda onun nəvəsi Kraliça Kamilla tez-tez villada istirahət edib.


Bu dəbdəbəli saray 1372-ci ildə tikilib. Florensiya şəhərinin heyrətamiz mənzərələri ilə Toskanada günəşli bir təpədə yerləşir. Villa əvvəlcə alim Qalileo Qalileyə məxsus olub.


Villanı Alisa Keppel adlı sosialist qadına 100 il əvvəl Britaniya kralı VII Edvard hədiyyə alıb.
 

Kamilla Parker-Bowles uşaq ikən qardaşı Mark və bacısı Annabelle ilə burada istirahət edib. Saray freskalarla bəzədilmiş nəhəng otaqlar, qədim heykəllərlə döşənmiş geniş meydançalardan ibarətdir.


Alisanın sağlığında terrasda üç saatlıq nahar yeməyi bütün xidmətçi heyəti tərəfindən verilir və yeməklərə yalnız öz dövrünün ən titullu və məşhur insanları dəvət olunurdu.
 

"Ombrellino xanım Keppelin status fantaziyalarına xidmət edirdi. Həqiqətən də o burada sürgün həyatı deyil, İtaliya cənnətindəki həyatı yaşayırdı" deyə Alisanın dostu xatırladır.


İndi nəhəng bina boş və tərk edilmiş: darvazaları paslanmış, boyası soyulmuş vəziyyətdədir. 20 ildir ki, sarayda heç kim yaşamır. “Villa del Ombrellino” 23 milyon funta satışa çıxarılıb.


Kamilla isə anası Rozalind Şandın 1972-ci ildə onu satmaq qərarına gəldiyinə görə təəssüflənib və sarayı özü almaq qərarına gəlib.
 

Kamilla Ombrellino sarayını geniş əmlak portfelinə əlavə etmək üçün həyat yoldaşı Çarlza ümid edirdi.
Amma deyəsən Çarlz bununla razılaşmayıb.
 

"Heç kim Villa del Ombrellino almaq istəmir. Mülk kommersiya fəlakətidir. Heç kim orada yaşamaq istəmir"-deyə bir qonşu bildirib.
 

Onun sözlərinə görə, villanın otaqları həddən artıq çoxdur və bu, sarayı yaşamaq üçün əlverişsiz edir.


Mülk bir vaxtlar “Deutsche Bank” tərəfindən alınıb ​​və müxtəlif şirkətlərə ofis kimi icarəyə verilib.
 

Bir neçə konfrans, tədbir və qəbullar keçirilsə də, sonda bu yer də bağlanıb və 20 ildən artıq boş qalıb.
 

1947-ci ildə Alis Keppelin ölümündən sonra ev onun ikinci qızı Violet Trefusisə miras qalıb.


Yerli sakinlər deyirlər ki, Ombrellino 1943-cü ilin sentyabrında İtaliyanın təslim olmasından sonra, Florensiya azad edilənə qədər almanlar tərəfindən məhbuslara işgəncə vermək üçün istifadə edilib.
 

1946-cı ildə hər şeydən xəbərsiz Ombrellinoya qayıdan Alis, bir il sonra qaraciyər sirrozundan vəfat edib.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR