“Rusiya iqtisadiyyatı sanksiyalara qarşı dözümlüdür” - Peskov

“Rusiya iqtisadiyyatı sanksiyalara qarşı dözümlüdür” - Peskov

“Rusiya iqtisadiyyatı sanksiyalara qarşı dözümlüdür”.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.


ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan daha əvvəl etiraf etmişdi ki, sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı sabit qalıb.

 

Qeyd edək ki, fevralın 23-də ABŞ Maliyyə Nazirliyi Rusiya və digər ölkələrdən olan fiziki və hüquqi şəxslərə qarşı yeni anti-Rusiya sanksiyalarının siyahısını dərc edib. Qara siyahı 57 fiziki və 485 hüquqi şəxs, o cümlədən 12 məhkəmə olmaqla 554 hədəfdən ibarətdir. Rusiya qurumları ilə yanaşı, sanksiyalar Qırğızıstan, Çin, BƏƏ, Serbiya, Türkiyə, Almaniya və digər ölkələrin şirkətlərinə də şamil edilir. Kanada hakimiyyəti Moskvaya qarşı da yeni məhdudiyyətlər qoyub.

 

Bundan başqa, Aİ Şurası həmin gün bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib, Çin, Hindistan, Şri-Lanka, Serbiya, Qazaxıstan, Tayland, Türkiyə və digər ölkələr də daxil olmaqla 106 fiziki və 88 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. 

 

Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...