"Google" "Gmail"i bağlayır? - FOTO

Dünya
11:18 / 26.02.2024
3723
Son zamanlar “X” sosial media platformasında “Gmail”in bağlanacağı ilə bağlı iddialar yayılıb.
Bəs “Google” məşhur e-poçt proqramı “Gmail”i bağlayacaq?
Sfera.az xəbər verir ki,” X” sosial platformasında bir istifadəçi “Google”un gələn ilin avqustunda “Gmail”i bağlayacağı ilə bağlı məktub aldığını bildirib.
Lakin bu iddianın tamamilə saxta olduğu üzə çıxıb.
Belə ki, 1,8 milyarddan çox aktiv istifadəçisi olan “Gmail” “X” sosial platformasında paylaşım edərək "Gmail bağlanmayacaq",- sözlərini yazıb.
Firuzə Əliyeva