Ginnesin “Rekordlar”ı ən yaşlı iti kitabdan çıxardı

Ginnesin “Rekordlar”ı ən yaşlı iti kitabdan çıxardı

Ginnesin Rekordlar Kitabı 31 yaşlı itin uzunömürlülük rekordunu ləğv edib.
 

Sfera.az bildirir ki, buna səbəb itin yaşı ilə bağlı məlumatlarda şübhələr yaranması olub. Mütəxəssislər itin 220 insan ilinə bərabər olan 31 il yaşaya biləcəyinə şübhə ilə yanaşırlar.
 

Bobby (Bobbi) adlı Rafeiro do Alentejo (Portuqal ov cinsi) iti dünyada yaşayan bütün itlərin ən yaşlısı elan edilib. Lakin sonradan ekspertlər onun sahiblərinin düzgün təqdim etdiyi məlumatlara şübhə ilə yanaşıblar.
 

Bobbi 2023-cü ilin oktyabrında ölüb. Onun 31 yaş 5 aylıq olduğu iddia edilib. Sahibləri itin 1999-cu ildə çəkilmiş şəklini təqdim etsələr də, ekspertlər bu fotodakı itin və digərlərinin pəncə rənginin fərqli olduğunu aşkar ediblər.
 

Mütəxəssislər itin dünyada 31 il, yəni 220 insan ilinə bərabər yaşaya biləcəyinə də şübhə ilə yanaşırlar.
 

Həmçinin, Rekordlar Kitabı mütəxəssisləri dəqiq doğum tarixi ilə bağlı etibarlı məlumat olmadığından Bobbinin qalıqlarını DNT testindən keçirməyi tələb ediblər. Testlər itin həqiqətən qoca olduğunu göstərsə də, onun dəqiq yaşını müəyyən etmək mümkün olmayıv.
 

Bir sıra belə şübhələrə görə Ginnesin Rekordlar Kitabı Bobbinin rekordunu ləğv etmək qərarına gəlib.
 

Qeyd edək ki, əvvəlki ən uzunömürlülük rekordçusu 29 yaş 5 aylığında vəfat edən avstraliyalı çoban iti Bluey olub.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...

Leyla Əliyeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində...