14 mərtəbəli bina yandı - Ölənlər var + VİDEO

14 mərtəbəli bina yandı - Ölənlər var + VİDEO

İspaniyanın Valensiya şəhərində çoxmərtəbəli binada güclü yanğın baş verib. Nəticədə azı 14 nəfər yaralanıb, 4 nəfər həlak olub.


Sfera.az xəbər verir ki, yanğın yerli vaxtla saat 17:30-da başlayıb. İlkin məlumata görə, yanğın dördüncü mərtəbədə başlayıb, bundan sonra alov bütün binaya yayılıb. Yanğının söndürülməsi üçün hadisə yerinə 10 yanğınsöndürmə briqadası və iki təcili xilasetmə qrupu göndərilib.


Binanın ayrı-ayrı hissələri yerə çöküb. İnsanlar hündürmərtəbəli binaya yaxınlaşmamağa çağırılıb.

Valensiya bələdiyyə orqanları yanğının yayılması təhlükəsi səbəbindən yaxınlıqdakı evlərin sakinlərinə binalarını tərk etməyi tövsiyə edib. Rəsmilər bunu Valensiya tarixindəki ən pis fövqəladə hadisə adlandırır.


2008-ci ildə tikilmiş binada isə yanğının dəqiq səbəbləri hələ müəyyən edilməsə də, ekspertlərdən birinin fikrincə, binanın fasadındakı yanar üzlük yanğına şərait yaradıb.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR