“Harry Potter” serialının 2026-cı ildə buraxılması planlaşdırılır

Dünya
23:22 / 23.02.2024
6165
“Harry Potter” serialının ilk mövsümü 2026-cı ildə “Max streaming” xidmətində göstəriləcək.
Sfera.az bildirir ki, bu barədə David Zaslav şirkətin dördüncü rübü ilə bağlı konfrans zamanı bildirib. Onun sözlərinə görə, “Max streaming” JK Rowlingin hər kitabını uyğunlaşdıraraq, ümumilikdə yeddi mövsüm çəkməyi planlaşdırır.
İlk sezonda şirkət 11-12 yaşlı uşaq aktyorlar seçəcək.
Serial komandası hazırda ssenarist axtarır. Ssenarist seçildikdən sonra isə kastinq başlayacaq.
“Harri Potter” serialı üçün kadr seçimi hələ açıqlanmayıb. Warner Bros.-un səkkiz filmində “Harri Potter” obrazını canlandıran Daniel Radcliffe isə serialda yenidən həmin rolu canlandırmayacaq.
Aysel
Sfera.az