Logo

Rusiyalı deputat: “Paşinyan hamını satdı”

Rusiyalı deputat: “Paşinyan hamını satdı”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın KTMT-də iştirakını dondurmaqla həm ölkəsinə, həm də Rusiyaya xəyanət etdi”.

Sfera.az xəbər verir ki,bu sözləri Rusiya Dövlət Dumasının deputatı Viktor Sobolev NEWS.ru-ya müsahibəsində deyib.

Parlamentari qeyd edib ki, Paşinyan Qarabağ hadisələrinin məsuliyyətini Rusiyanın üzərinə atmağa çalışır.

“Nikol Paşinyan hər şeyə və hər kəsə, o cümlədən öz ölkəsinə, öz xalqına xəyanət etmiş bir adamdır. Paşinyan hamını satdı. Düşünürəm ki, onu tezliklə aradan qaldıracaqlar, burda başqa daha nə demək olar. O özü Qarabağa xəyanət edib, indi bütün məsuliyyəti Rusiyanın üzərinə atır. Rusiya o zaman Ermənistanın köməyinə gəldi”, - deyə Sobolev əlavə edib.

Xatırladaq ki, Nikol Paşinyan bir müddət əvvəl Ermənistanın KTMT-də iştirakının hazırda dondurulduğu barədə bəyanat verib.

Eyni zamanda siyasətçi əlavə edib ki, Ermənistanda Rusiya hərbi bazasının saxlanması məsələsi də gündəmdə deyil. (Oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR