Mobil operatorlarda yaranmış nasazlıq səbəbindən 50 min insan rabitəsiz qalıb

Mobil operatorlarda yaranmış nasazlıq səbəbindən 50 min insan rabitəsiz qalıb

Bu gün səhər saatlarında ABŞ-ın bütün ərazisində mobil operatorlar arasında irimiqyaslı fasilə yaranıb.
 

Sfera.az xəbər verir ki, səhər saatlarında “AT&T” şəbəkəsinin bir çox müştərisi mobil rabitədə fasilələrlə üzləşib. Yerli əhali zəng etmək, mesaj göndərmək və mobil internetdən istifadə etmək imkanlarından məhrum olublar.

 

Əvvəlcə yalnız bir operatorun istifadəçiləri fasilələrdən şikayətləniblər, hətta 911-ə zəng etmək mümkün olmayıb. Lakin sonradan digər şirkətlərin serverlərinin də işində nasazlıqlar qeydə alınıb, mobil əlaqə kəsilib.


Şirkət şəbəkənin sıradan çıxdığını etiraf etsə də, nasazlığın səbəbini açıqlamayıb. Mətbuat xidməti sistemin bəzi hissələrinin artıq bərpa olunmağa başladığını bildirsə də, hələ tam bərpa üçün vaxt çərçivəsi təqdim etmək mümkün olmayıb. Bağlantısını itirən istifadəçilərə Wi-Fi-dan istifadə etmək tövsiyə edilib.


“AT&T” abunəçiləri nasazlıq səbəbindən 911-ə zəng edə və təcili yardım xidmətlərindən kömək istəyə bilməyiblər. Digər operatorların istifadəçiləri də rabitədə fasilələr olduğunu bildiriblər, lakin şirkətlər “AT&T”nin problemləri onların işinə təsir etmədiyini açıqlayıb.


Media “AT&T” son bir neçə gündə artıq fasilələrlə üzləşdiyini iddia edir. Mənbələrdən jurnalistlərə kiberhücum və ya digər cinayət əlamətləri olmadığı bildirilib.


Lakin sonradan “The Guardian” da müxtəlif operatorların 50 mindən çox istifadəçisinin mobil rabitənin kəsilməsi ilə bağlı şikayət etdiyi barədə xəbər verib. “AT&T” ilə yanaşı, “Verizon”, “T-Mobile” və “UScellular” müştəriləri də fasilələrlə üzləşib.

 

Eyni zamanda, “Downdetector” məlumatları bütün operatorların mobil rabitəsinin ABŞ-da mövcud olduğunu göstərir. 

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR